Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 02:00
Ermənistanın "Pünik" klubunun rusiyalı forvardı Anton Kobyalko İrəvan aeroportunda necə döyülməsindən danışıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki bu barədə "Çempionat" xəbər verir.
Erməni məşqçi ilə rusiyalı hücumçu arasındakı münasibət "Pünik"-"Ararat" matçı zamanı pisləşib. Nəticədə, klub rusiyalı futbolçunun may ayının sonunda bitəcək müqaviləsini erkən ləğv etmək qərarına gəlib. Rusiyaya yola düşməzdən əvvəl Kobyalko komanda ilə vidalaşmaq üçün klubun bazasına gedib. Sonra o, məşqçiyə də yaxınlaşıb və matç zamanı anasını söyməsinin səbəbini soruşub.
"Klubun baş məşqçisi Yegişe Melikyandan məni və anamı təhqir etmək üçün onu nə ilə təhrik etdiyimi soruşmaq qərarına gəldim və məndən üzr istəməli olduğunu dedim. O isə cavabında "Yox, heç vaxt" (orijinalda daha kobud ifadə işlədilib) dedi. Bu vaxt mən ona şillə vurdum. Məşqçinin köməkçisi üstümə cumdu. Sonra Melikyanın özü də qalxdı və dalımca qaçdı. Ancaq heç nə alınmadı. Qəfil bir neçə nəfər - hansısa işçilər də onlara qoşuldu. Nəticədə beş nəfər məni təqib etdi, ancaq çatmadılar. Siz məni anlayın, mən qladiator deyiləm, futbolçuyam. Niyə təkbaşına beş nəfərə qarşı davaya girişim?! Taksiyə minib aeroporta getdim. Reysə bir neçə saat qalmışdı. Hava limanına çatdım. Çantamı lentin üstünə qoydum və yoxlanışdan keçməyə başladım. Çantalarımı götürməyə başlayan kimi periferik baxışla qırmızı köynəkli bir adamın üstümə cumduğunu gördüm - bu Melikyan idi. Məni qulaq nahiyəsindən vurdu. Qarışıqlıq başladı: onunla münasibətləri aydınlaşdırmağa başladım, bundan sonra arxa tərəfdən başıma zərbə vuruldu", - deyə Kobyalko olanları danışıb.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın "Pünik" futbol klubunun baş məşqçisi Yeqişe Melikyan, habelə klubun baş direktorunun müavini, Ermənistan Futbol Federasiyasının üzvü Kim Arakelyan "Zvartnos" hava limanında ölkəsinə qayıtmaq istəyən rusiyalı hücumçu Anton Kobyalkonu döyüblər.