Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yarada infeksiyanın əmələ gəlməsini müəyyənləşdirən “ağıllı” plastır təqdim edilib

Yarada infeksiyanın əmələ gəlməsini müəyyənləşdirən “ağıllı” plastır təqdim edilib

Tarix: 25 May 2021 10:09

Alimlər tərəfindən yaraların tez sağalması üçün “ağıllı” sarğı hazırlanıb. Sarğı infeksiyaların əmələ gəlməsini müəyyənləşdirə və bu barədə xəstənin smartfonuna bildiriş göndərə bilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.to” saytına istinadən yazır ki, yaranın keyfiyyətli dezinfeksiya edilməsindən asılı olmayaraq, onun yenidən inkişaf etmə şansı var. Bu, çox vaxt orqanizmdən və immun sisteminin patogen mikroblarla mübarizə qabiliyyətindən asılıdır. Bu cür hallarda infeksiyanın inkişafını daha erkən müəyyənləşdirə bilən “ağıllı” sarğı çox faydalı olacaq. Bu, problemi geri dönüşü olmayan nəticələrə gətirib çıxarmazdan öncə aradan qaldırmağa kömək edəcək.

 

“Ağıllı” sarğının əsasını parçanın liflərinə toxunmuş bir sıra nanosensorlar təşkil edir. Sensorlar dəyişiklikləri aşkar edən kimi miniatür daşınan qurğu aktivləşir və xəstənin smartfonuna bildiriş mesajı göndərir.

 

Emil Hüseynov




Etiketlər:  Yarada infeksiyanın əmələ gəlməsini müəyyənləşdirən ağıllı plastır təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ