Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda hakimiyyətə Bakı ''tərəfdarları'' keçə bilər - Mübarizə qızışır

Ermənistanda hakimiyyətə Bakı ''tərəfdarları'' keçə bilər - Mübarizə qızışır

Tarix: 25 May 2021 15:45

"Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan seçkilərə gedir və o, indi tərəfdaş axtarışındadır".

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.

O deyib ki, Paşinyan da Petrosyan da Ermənistanın inkişafının Azərbaycan və Türkiyə ilə yaxınlaşmaqdan keçdiyini dərk edirlər:

"Ter-Petrosyan istəyir ki, gələcək seçkilərdə müəyyən rol ala bilsin və parlamentdə bir neçə nəfərini otuzdura bilsin, yaxud da özü parlamentə düşə bilsin. Buna görə də o, adamlar, rol axtarışındadır. Bundan əvvəlki bəyanatlarına fikir versək görərik ki, Köçəryan və Sarkisyana müraciət edərək seçkilərə birgə getmək haqqında müraciətlərini görmüş olarıq. Amma Petrosyan son çıxışında 44 günlük müharibədəki ağır məğlubiyyətə görə təkcə Nikol Paşinyanın günhkar olmadığını qeyd edib. Deyib ki, Ermənistanın bugünkü faciələrinin səbəbkarı təkcə Paşinyan deyil, buna görə Paşinyana qədər olan hakimiyyət nümayəndələri də günahkardırlar. Bu, onun Paşinyana yaxınlaşmaq cəhdlərindən xəbər verir. İndi bütün məsələləri yoxlayandan sonra, yaxud da ki, bütün addımları sınaqdan keçirindən sonra və  atdığı addımların boşa çıxdığını görəndən sonra, hesab edirəm ki, onun indi son cəhdləri Paşinyanla yaxınlaşmaq üçündür. 

Hamıya məlumdur ki, Ter-Petrosyan Paşinyanla, Paşinyan hakimiyyətə gəlməmişdən qabaq və gəldiyi ilk müddətdə münasibətdə idi, onların bir-birinin adamı olduqları məlumatları da var idi. Lakin o, sonralar müxalifətə qoşularaq Paşinyanı istefa verməyə çağıranda münasibətlər bir qədər pozuldu. Petrosyan hesab edirdi ki, müxalif qüvvələr onu öz sıralarna qəbul edəcəklər və gələcək seçkilərdə ona müəyyən rol verəcəklər. Amma son hadisələr göstərdi ki, xeyir, o, bu fikirlərində yanılıb və Sarkisyanla, Köçəryanla yaxınlaşmaqda da səhv edib və bu səhvini anlayır. Ona görə ki, nə Sarkisyan, nə də Köçəryan onun seçkilərə birgə getmək haqqında təkliflərinə müsbət baxmadılar və onu öz sıralarına qəbul etmədilər. Belə olan məqamda Ter-Petrosyan nə etməli idi?! - Paşinyanla yaxınlaşmalı idi!

Paşinyanla yaxınlaşmaq Levon Ter-Petrosyana daha asan başa gələcək, nəyinki Sarkisyan və Köçəryanla birləşməsi, onların sırasında durması. Ona görə ki, Sarkisyan və Köçəryan Qarabağ klanının nümayəndələridirlər. Onlar bu klana digər güclü nümayəndələri yaxın buraxmaq istəmirlər. Bu baxımdan Köçəryan da onu uzaqlaşdırarkən demişdi ki, "Bu, mənəvi bir məsələdir". Mənəvi məsələ Qarabağ klanına gedib çıxır və klanın Köçəryan, Sarkisyan tərəfindən yenidən hakimiyyətə gətirilməsi məsələsi gündəmdədir. 

Ter-Petrosyanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasının zəruriliyini o, hələ prezident olduğu dövürlərdə də ifadə etmişdi ki, Ermənistanın inkişafı, iqtisadi baxımdan digər dövlətlərdən asılılıqdan xilas olması Dağlıq Qarabağ münaqişəsinin həll olunmasından, torpaqların qaytarılmasından keçir. Bu barədə Petrosyan təşəbbüs də göstəmişdi, tarixdə də məlumdur. Tarixdən o da məlumdur ki, Ter-Petrosyanın Qarabağ məsələsində mövqeyi Sarkisyan və Köçəryandan tamamilə fərqləndirdi. İndi onun Paşinyanla yaxınlaşdrıcı mövqedən bəyanatlar səsləndirməsi heç də təsadüf deyil. Paşinyan da Petrosyan da Ermənistanın inkişafının Azərbaycan və Türkiyə ilə yaxınlaşmaqdan keçdiyini dərk edirlər. Və seçkilərə qədər zaman-zaman belə bəyanatların səsləndirilməsi təəccüblü görünməməlidir". 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistanda hakimiyyətə Bakı tərəfdarları keçə bilər Mübarizə qızışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ