Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 15:56
Ermənistan parlamentinin "Mənim addımım" fraksiyasından olan deputatı Vahe Qalumyan Azərbaycanla sərhəd problemindən danışıb.
Milli.az unikal.org-a istinadən xəbər verir ki, erməni deputat yerli mediaya verdiyi açıqlamada sərhəd məsələsində Azərbaycanın haqlı olmasına eyham vurub.
"Tavuş bölgəsində bizim nəzarətimizdə olan Azərbaycan torpaqları var"-, deyə o bildirib. Vahe Qalumyana görə, Tavuşdakı Barxudarlu, Sofulu, Xremlu və Voskepar adlı kəndlər xəritədə Azərbaycan ərazisi kimi qeyd olunur.