Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda şairi döyən dindar azadlığa buraxıldı

Azərbaycanda şairi döyən dindar  azadlığa buraxıldı

Tarix: 27 May 2021 23:52

Bir müddət bundan əvvəl Salyanda satirik şairi döydüyü üçün 30 sutka həbs cəzası alan dindar bu gün azadlığa buraxılıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə şair İbrahim Xudayi sosial şəbəkədə məlumat yayıb. O, qeyd edib ki, Apellyasiya Məhkəməsinə müraciət edərək, onu döyüdüyü üçün həbs edilən dindar Turqut Cəbrayılovun azadlığa buraxılmasını istəyib. Nəticədə məhkəmə şair İbrahim Xudayinin istəyini təmin edib:

"Xatırladım ki, Turqut Cəbrayılov və mənim aramda baş verən münaqişənin nəticəsi olaraq məhkəmə qərarı ilə ona 30 sutka həbs cəzası verilmişdi. Lakin Turqut həbsdə olduğu andan etibarən mən heç cür rahat ola bilmirdim. Odur ki, Turqutun azadlığa buraxılması üçün
dünən Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etdim. Bu gün təxminən saat 17 radələrində son hökm oxundu. Tərəflər arasında barışığın olması, heç bir şikayət və tələbim olmadığı üçün hakim onun azad buraxılmasını təmin etdi.

Turqut son cümləsini mənə təşəkkür etməklə, hakim "Allaha ilişmək olmaz"la, mən isə sonunda "Allahın istədiyi də bu idi" ilə bitirdik".

Şair İbrahim Xudayi bildirib ki, bu addımında ondan başqa heç kimin marağı, təyziqi, iradə və təhdidi olmayıb. "Mən hər zamankı kimi xoşbəxt, güclü, nikbin və mükəmmələm", deyə gənc şair statusunun sonunda qeyd edib.

Bir neçə gün öncə Salyanda İbrahim Xudayi adlı gənc şair ateist dünyagörüşünə və dinə qarşı yazdığı şeirlərə görə dindarların fiziki hücumuna məruz qalmışdı. Gənc şairə hücum edib, zərər yetirən dindar Turqur Cəbrayılov məhkəmənin qərarı ilə 30 həbs cəzası almışdı.


Etiketlər:  Azərbaycanda şairi döyən dindar azadlığa buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ