Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BNA-dan avtobus qəzası xəbərləri ilə bağlı - Açıqlama

BNA-dan avtobus qəzası xəbərləri ilə bağlı -  Açıqlama

Tarix: 28 May 2021 12:38

Bakı Nəqliyyat Agentliyi dünən KİV-də yayılan "Bakıda avtobus qəzası-Ölən var" başlıqlı yazı ilə bağlı açıqlama yayıb. 

Sonxeber.net bildirir ki, agentlikdən "Qafqazinfo"ya verilən məlumata görə, açıqlamada həmin hadisənin bir il əvvəl baş verdiyi bildirilib:

"Məlum hadisə bir il əvvəl 23.07.2020-ci il tarixində baş verib. Bu kimi xəbərlərin insanlar arasında həyəcana səbəb olduğunu nəzərə alaraq bir daha mediadan olan həmkarlarımızı dəqiqləşdirilməmiş informasiyalar yaymaqdan çəkinməyə çağırırıq. Şəhər nəqliyyatı ilə bağlı əhalinin düzgün məlumatlandırılması və maarifləndirilməsi üçün əldə olunan hər bir informasiyanın Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə dəqiqləşdirilməsini tövsiyə edirik".


Etiketlər:  avtobus qəzası xəbərləri ilə bağlı Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ