Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 12:46
Rusiya dünyanın ən böyük silah ixracatçılarından biri olaraq qalır. Ancaq bu, onun türk silahlarına, xüsusən də pilotsuz təyyarələrə maraq göstərməsinə mane olmur.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nəşnl İnterest" nəşrindəki məqalədə bildirilib.
Nəşr qeyd edib ki, Türkiyə PUA-ların əsas istehsalçısı və operatoru olmağı bacarıb və indi bu cür avadanlıqların əsas satıcısına çevrilir. Türkiyə Hava və Kosmik Sənayesi 2013-cü ildə Ankaranın Vaşinqtonla münasibətləri pisləşməyə başladığı zaman dronlar istehsal etməyə başlayıb. Nəticədə türk ordusu SAR radar və hərəkət edən yer hədəflərini aşkarlayan və müəyyən edən bir sistemlə təchiz edilib.
"Türk PUA-ları Suriyanın Rusiya istehsalı hava hücumundan müdafiə sistemlərini məhv edib. Ancaq bu, Moskvanın pilotsuz aparatlarla maraqlanmasına mane olmur", - məqalədə qeyd edilib.
"Nəşnl İnterest" Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasına da istinad edib:
"Ukrayna ilə razılaşma Rusiyaya qarşı yönəlməyib. Rusiyanın ehtiyacı varsa, biz S-400 aldığımız kimi, məhsullarımızı da ala bilər".