Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 21:40
Meymunlarda aşkarlanan yeni tip çiçək xəstəliyi Yer üzündə yeni və təhlükəli pandemiyanın mənbəyi ola bilər. Dünyada alimlər hazırda meymunlardan insana keçə biləcək çiçək xəstəliyi növündən ehtiyat edir.
Sonxeber.net xəbər verir ki, Rusiyanın virusologiya üzrə professor Aleksey Aqranovskiy isə əsas təhlükənin hələ də gəmirici və yarasalarda olduğunu bildirib.
"Meymunlardan çiçəyin insana keçməsi ehtimalı çox azdır. İnsan o halda bu xəstəliyə yoluxa bilər ki, xəstə heyvanın ağız suyu, qanı, seliyi ilə birbaşa təmasda olsun. Əsas əlamətləri: güclü başağrısı, yüksək hərarət, əzələlərdə ağrılar, limfatik düyünlərin şişməsi. dəridə səpkilər".
Professor hazırda virusa qarşı vaksinlərin reaktogen əks təsiri olduğunu da bildirib. Bunun üzərində alimlər işləyir.
Amma yarasaları gözdən qoymaq olmaz. Pandemiyanın səbəbi yarasadırsa, deməli, onlarda olan bütün yeni mutasiyalar izlənməlidir. /medicina.az