Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Finlandiya rəhbərliyində pulsuz səhər yeməyi ilə bağlı qalmaqal

Finlandiya rəhbərliyində pulsuz səhər yeməyi ilə bağlı qalmaqal

Tarix: 29 May 2021 08:12

Finlandiyada baş nazir Sanna Marinin ailəsinin pulsuz səhər yeməyi ilə əlaqədar böyük qalmaqal yaşanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dövlət büdcəsindən hər ay hökumət başçısının səhər yeməyinə təxminən 300 avro (621 AZN) xərclənir.

Eyni zamanda, Dövlət Şurası Ofisindən bildirib ki, bu məqsədlər üçün pul Paavo Lipponenin başçılıq etdiyi gündən bəri ayrılıb.

Ancaq ertəsi gün Ofis yoxlanılmamış məlumatlar yaydığına görə üzr istəyib. Keçmiş baş nazirin həyat yoldaşı Payavi Lipponen idarənin açıqlamalarından qəzəblənib, hətta məlumatları təkzib etməsini istəyib. O deyib ki, baş nazirin ailəsinin qidalalanması üçün büdcədən pul ayrılmayıb:

"Ailəmizin yemək xərcini özüm ödəmişəm. Hər şeyi özüm hazırlamışam, bişirmişəm və təmizləmişəm. Hətta mənzilimizin kirayə haqqını da özümüz vermişik".

Baş Katiblik məlumatları yoxlayacağına, arxiv sənədlərini qaldıracağına və çekin əvvəllər elan edilmiş məlumatların etibarsızlığını göstərdiyi təqdirdə təkzib yayacağını vəd edib.

Həm də bu çek Finlandiya büdcəsindən gələn pulun hansı andan etibarən baş nazir ailəsinin naharına xərclənməyə başladığını göstərməlidir. Hökümət başçısına və ailəsinə pulsuz pişmiş yumurtaların çatdırılmasını əmr edən məmurun adı isə açıqlanmalıdır.

Milli.Az


Etiketlər:  Finlandiya rəhbərliyində pulsuz səhər yeməyi ilə bağlı qalmaqal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ