Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karib dənizində qorxu filmlərini xatırladan tapıntı - FOTO

Karib dənizində qorxu filmlərini xatırladan tapıntı - FOTO

Tarix: 29 May 2021 18:12

Karib dənizində Trinidad və Tobaqo ölkələrinin sahillərinə göyərtəsində 14 çürümüş cəsəd olan qayıq tapılıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə yerli polis öz Facebook səhifəsində məlumat verib.

Qayıq Belle Garden qəsəbəsi yaxınlığında balıqçılar tərəfindən aşkar edilib.

Məlumata görə, bütün meyitlər kişilərə aidir.

Meyitlər parçalanma mərhələsində olub, bəzilərinin isə təkcə sümükləri qalıb.

Ölüm səbəbinin müəyyənləşməsi üçün qalıqlar ekspertizaya göndərilib.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.


Etiketlər:  Karib dənizində qorxu filmlərini xatırladan tapıntı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ