Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2021 00:32
Moskva ətrafı Balaşixe yaxınlığında pedofil saxlanılıb. Bəlli olub ki, kişi uzun illər özünün ən yaxın dostunun iki uşağına qarşı iyrənc hərəkətlərə yol verirmiş.
Sonxeber.net kp.ru-ya istinadən xəbər verir ki, polisə müraciət edən qadın ailə dostunun 2014-cü ildən bəri uşaqlarına qarşı təcavüzə yol verdiyini bildirib. Proses başlayanda isə böyük uşağın 4, balacanın isə cəmi bir yaşı olub. Şərəfsiz uşaqlara etdiyi hərəkət barədə heç kimə deməməyi tələb edib. "Əmini buna görə tutarlar" deyirmiş. Həyəcan təbilini isə ilk olaraq uşaqların atası qaldırıb. Qəfil müəyyən edib ki, ailə dostlarının qızına qarşı hərəkətləri dəyişib. Bundan sonra uşaqların otağında kamera qoyub və hər şeyi müəyyən edib. Saxlanılan şəxsin uşaqlıq əlili olduğunu etirafı isə hər kəsi heyrətləndirib.
Kamran Seyidov