Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2021 20:32
Adətən, filmlərdə erotik səhnələri xarici kinolarda, seriallarda görürük.
Ancaq Azərbaycanın istehsal etdiyi bəzi ekran əsərləri var ki, həmin filmlərdə də məhz yuxarıda qeyd etdiyimiz səhnələrə müraciət edilib.
Sonxeber.net gent.az-a istinadən bildirir ki, həmin filmlərdən bəziləri hətta kino tariximizin ən uğurlu əsərlərindən sayılır.
Bu mənada 3 ən məşhur erotik səhnəni diqqətinizə çatdırırıq:
"Yarasa" filmi, 1995-ci il
Azərbaycanın ən uğurlu filmlərindən biri heç şübhəsiz "Yarasa" filmidir. "Yarasa" tamaşaçıya həsr olunmuş kino əsəridir, daha doğrusu, sənət əsərinə tamaşa edən gözlər haqqındadır. "Yarasa"nın mövzusu təsadüfən yaranmayıb. Bu, rejissorun indiyə kimi kino haqqında, mədəniyyət haqqında olan düşüncələrənin nəticəsidir. Bu, rejissorun kinoya olan məhəbəti və nifrətidir.
"Babamın babasının babası", 1981-ci il
Çoxumuzun sevə-sevə izlədiyi bu ekran əsərində də erotik səhnəyə yer verilib. Filmin əsas qəhrəmanı Əziz kişinin (Hüseynağa Sadıqov) uşaq çağında gizli məhəbbəti olan Zeynəbin (Həmidə Ömərova) başını ayranla yuduğu epizodda çılpaq olması həmin motivə söykənir.
"İlahi məxluq", 2011-ci il
Film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Bu ekran əsərində baş rol ifaçılarından olan Vəfa Zeynalovanın xalq artistimiz Nürəddin Mehdixanlı ilə 18+ səhnəsi tənqidlərə tuş gəlsə də, Azərbaycan kino tarixinin uğurlu erotik filmlərindən sayılır.