Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özcan özündən 23 yaş kiçik modelyerlə sevgilidir

Özcan özündən 23 yaş kiçik modelyerlə sevgilidir

Tarix: 31 May 2021 12:20

Keçmiş xanımı Feyza Aktanla məhkəmə prosesi davam edən müğənni-aktyor Özcan Deniz iranlı modelyer Samar Dadqarla sevgilidir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 49 yaşlı sənətçi bu barədə instaqram platformasında məlumat verib.

O, "Tamamilə "itirdim" dediyim anda tapıldın",- şərhini yazıb. Qarşı tərəfin isə cavabı gecikməyib, 26 yaşlı moda dizayneri "gülüşünə dünyaları verməyə hazıram",- deyə qeyd edib.

Xatırladaq ki, Özcanın eks-xanımı Feyza bir neçə ay əvvəl müğənnidən şikayətçi olmuş, onu qəsdən yaralama, azadlıqdan məhrum etmə, təhqir, təhdid və ev toxunulmazlığını pozmaqda ittiham etmişdi.

Milli.Az


Etiketlər:  Özcan özündən 23 yaş kiçik modelyerlə sevgilidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ