Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2019 13:08
“Qarabağ”dan ayrılan Donald Gerye karyerasını “Neftçi”də davam etdirəcək. Haitili cinah müdafiəçisinin paytaxt klubuna keçidi artıq dəqiqləşib.
Tərəflər bütün şərtlərdə razılığa gəliblər və 2 illik müqaviləyə qol çəkəcəklər. “Neftçi” yeni transferini Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə oyunlar üçün UEFA-ya sifariş edəcək.
Gerye 2017-ci ilin yayında Türkiyənin “Alanyaspor” klubundan “Qarabağ”a keçmişdi. Bu yay o, Ağdam təmsilçisi ilə yeni sözləşmə ilə bağlı razılığa gəlsə də, tərəflər son anda müqaviləni uzatmaqdan imtina etmişdi (Futbolpress).