Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 13:28
Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən xaricdə saxlanılaraq ölkəyə gətirilib.
Milli,Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu əməliyyatla MİT FETÖ-ya zərbə vurub. Səlahəddin Gülənə qarşı Cinayət Məcəlləsinin silahlı terror qruplaşmasına üzv olmaq maddəsi ilə ittiham irəli sürülüb.
O, Fətullah Gülənlə FETÖ arasında əlaqələndirici olub. Bundan başqa, Səlahəddin Gülən həm də Fətullah Gülənin şəxsi katibi Cövdət Türkyolun qaynıdır.