Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən Müharibəsi iştirakçısına cinayət işi açıldı

Vətən Müharibəsi iştirakçısına cinayət işi açıldı

Tarix: 31 May 2021 15:26

Azərbaycanda Vətən Müharibəsi iştirakçısına cinayət işi açılıb.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Səmədov Sahib Mehralı oğlu Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar tördildikdə) maddəsi ilə ittiham olunur.

İşə İmişli rayon məhkəməsində hakim Tərlan Nüsrətovun sədrliyi ilə baxılacaq. Məhkəmə prosesində Hüseynov Arif Mikayıl oğlu, Əhmədov Famil Əşrəf oğlu, Astanov Vidadi Surxay oğlu, Nəcəfov Elxan İsmayıl oğlu, Əliyev Mürsəl Mütəllim oğlu və Həsənov Rəhman Qara oğlu zərərçəkmiş şəxs qismində çıxış edəcəklər.

Qeyd edək ki, S.Səmədov Vətən Müharibəsində torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.


Etiketlər:  Vətən Müharibəsi iştirakçısına cinayət işi açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ