Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Telefonun ekranında Pep yazılmışdı” – Klopp

“Telefonun ekranında Pep yazılmışdı” – Klopp

Tarix: 4 Avqust 2019 16:16

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının son finalından sonra “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola ilə aralarındakı telefon danışığı haqda fikirlərini bildirib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Komandamızın fizioterapevti Li Noubs telefonu mənə uzatdı. Ekranda Pep yazılmışdı. Mən əvvəlcə fikirləşdim ki, bu, bizim məşqçi Pep Lindersdir. Təəccüblü göründü. Yalnız telefon danışığı zamanı başqa Pep olduğunu başa düşdüm”.

Klopp söhbətin qarşılıqlı hörmət əsasında keçdiyini bildirib: “Bilmirəm, kim kim zəng vurmuşdu. Axı, Li də “Siti”də işləmişdi. Amma bu çox xoş bir hal idi. Biz mövsümün yaxşı keçdiyini dedik, zarafatlarımızdan da qalmadıq. Hər ikimizin əhvalı əla idi”.
 

 


Etiketlər:  Telefonun ekranında yazılmışdı Klopp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ