Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 21:16
Rusiyanın "Sputnik V" dərmanı ilə koronavirusa qarşı peyvənd olunanlar Yunanıstan ərazisinə girişdə problem yaşamayacaqlar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunu Yunanıstan xarici işlər naziri Nikos Dendias rusiyalı həmkarı Sergey Lavrovla danışıqların ardından keçirilən mətbuat konfransında deyib.
O, sərhəddi keçməzdən 72 saatdan çox olmamaq şərtilə, mənfi PCR testi təqdim etməklə də ölkəyə girməyin mümkünlüyünü xatırladıb.
Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı istifadə edilən peyvəndlər arasında "Sputnik V" də yer alır.