Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2019 21:52
Bakı. Trend
Əfqanıstanda maqnit əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində ən az iki nəfər həlak olub, üç nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə "TOLOnews" telekanalı bildirib.
Məlumata əsasən, hadisə Kabul şəhərinin Taymani rayonunda baş verib. Bildirilir ki, hücumda hədəf içərisində "Khurshid TV" özəl televiziya şəbəkəsinin işçiləri olan avtobus olub.
Telekanalın iki əməkdaşı xəsarət alıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin