Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2021 13:26
İşğaldan azad olunan ərazilərdə düşmən tərəfindən çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini xüsusilə çətinləşdirir.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, havaların isinməsi ilə əlaqədar yanğınların baş vermə və sürətlə yayılma təhlükəsini, habelə işğaldan azad olunmuş ərazilərimizdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı xırda ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər.
Yuxarıda qeyd olunanları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə baş verə biləcək yanğınların söndürülməsi zamanı mina təhlükəsi ilə əlaqədar yanğınsöndürənlərin həyati risk daşıdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi həmin ərazilərə xüsusi icazə ilə səfər edən vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır.