Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ucarda avtomobilin vurduğu piyada xəsarət alıb

Ucarda avtomobilin vurduğu piyada xəsarət alıb

Tarix: 3 Iyun 2021 08:28

Ucarda piyada yol qəzasında ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Heydər Əliyev prospektində baş verib.

Ucar rayon sakini, 1978-ci il təvəllüdlü İbrahimov Qabil İbrahim oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayon sakini, 1959-cu il təvəllüdlü Rüstəmli İldırım İvan oğlunu vurub. Zərərçəkən ağır vəziyyətdə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Ucarda avtomobilin vurduğu piyada xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ