Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 22:06
Xocalıda bütün ailəsini itirən Baloğlan Allahyarov 80 yaşında vəfat edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə məlumat verib.
B.Allahyarov Xocalının işğalından sonra Mingəçevirdə yaşayıb.
Qeyd edək ki, Xocalı soyqırımında onun hərbçi olan oğlu öldürülüb. O, oğlunun nəşini belə ala bilməyib.
Gəlini amansızlıqla qətlə yetirilən Xocalı sakini bir həftə sonra onun meyitini ala bilib. B.Allahyarov həyat yoldaşını da Xocalıda düşmən gülləsindən itirib.
O, Mingəçevirə gəldikdən sonra Şəkidən övladlığa uşaq götürərək, onunla yenidən həyata bağlanıb.