Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlının Londonda yaratdığı klub niyə çöküb?

Azərbaycanlının Londonda yaratdığı klub niyə çöküb?

Tarix: 4 Iyun 2021 02:16

İngiltərədə "Mançester" futzal klubunun həmtəsisçisi olan rusiyalı İlya Oveçkin Britaniyada yaşadığı 20 illik karyerasından danışıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, o, verdiyi müsahibəsində bir zamanlar İngiltərə çempionu olmuş "Baku Yunayted" futzal klubunun səhv siyasətinə də toxunub:

"Futzalda işləmək mənim arzum olub, heç bir dəfə də bu işdən əl çəkmək barədə düşünməmişəm. Hər şey elə uğurlu alınıb ki, nəyəsə tərəddüd etməyə vaxtım olmayıb. Hər il işləmək getdikcə daha maraqlı olur.

İngiltərənin bütün futzal ictimaiyyəti bizə baxır. Burda bir çox klub sponsor gətirdi, bir mövsüm oynadı, sonra struktura diqqət ayırmadıqlarından it-bat oldular.

Yaxın bir nümunə sahibi ukraynalı olan "London Baku" ("Baku Yunayted"i nəzərdə tutur) komandasıdır. Onlar yaxşı investor tapdılar, Çempionlar Liqasında oynadılar.

Ancaq indi ikinci diviziondadırlar. İnfrastrukturla məşğul olmaq lazım gələndə isə onlar sadəcə yaxşı oyunçular gətirməyə çalışdılar".

"Baku Yunayted" "Binə Aqro" QSC-nin 2019-2021-ci illərdə Müşahidə Şurasının sədri olmuş İlham Ağayev tərəfindən yaradılıb. 2008-ci ildə təsis olunan klub beş il sonra İngiltərə Super Liqasının qalibi olub və bu ölkəni 2014-cü ildə UEFA Kubokunda təmsil edib.

Daha sonra klubda geriləmə müşahidə olunub. "Baku Yunayted" sonuncu dəfə fevralda sosial şəbəkə hesabında Londondan olan baş məşqçi və klub direktoru axtardığını elan edib.

Milli.Az


Etiketlər:  Azərbaycanlının Londonda yaratdığı klub niyə çöküb


RƏYLƏR