Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Acunun boşadığı Seymanın sevgilisi fırıldaqçı çıxdı - VİDEO - FOTO

Acunun boşadığı Seymanın sevgilisi fırıldaqçı çıxdı - VİDEO - FOTO

Tarix: 4 Iyun 2021 15:15

Türkiyənin ən məşhur media-menecerlərindən olan Acun Ilıcalının boşandığı xanımı Seyma Subahının əslən misirli, milyarder olduğu vurğulanan Muhamməd Alsalussi yenidən gündəmdədir.

Sonxeber.net Habertürk-ə istinadən bildirir ki, Seyma Subaşı sevgilisinin ona evlənməyi təklif etdiyini İnstagram profilində yazıb.

Lakin son anda yayılan xəbərlərə görə, Muhamməd Alsalussi milyarder deyil. Onun fotolarını paylaşdığı villa kirayəlik, Ferrarisi isə başqasınındır.

Seyma Subaşı bir övladının olduğu Acun Ilıcalıdan ayrılandan sonra DJ Quido Senya ilə sevgili olmuşdu.

36 yaşlı Muhamməd Alsalussi Misirdə bir şeyxin övladı, ABŞ-ın Florida ştatındakı ailə şirkəti "Alsaloussi Holding"də direktor olduğunu iddia edir.

Bundan başqa, Alsalussi 11 şirkətinin olduğunu da deyir.

Lakin həmin şirkətlərin heç birinin nə saytı, nə də rəsmi qeydiyyat sənədləri var.


Etiketlər:  Acunun boşadığı Seymanın sevgilisi fırıldaqçı çıxdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ