Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın ələ keçirdiyi 6 erməni Rusiya üçün fürsət oldu - Amerikalı ekspert Milli.Az-a danışdı

Azərbaycanın ələ keçirdiyi 6 erməni Rusiya üçün fürsət oldu - Amerikalı ekspert Milli.Az-a danışdı

Tarix: 5 Iyun 2021 13:00

"Bayden rəhbərliyi Qafqaz məsələlərində maraqlı tərəf olduqlarını göstərdi və Bakıya açıqlanmayan bir humanitar yardım vəd etdi, lakin eyni zamanda bölgəni iğtişaşlardan qorumaq üçün sərhədlərinə qoşun göndərdiyinə görə Azərbaycanı qınadı".

Bunu Sonxeber.net-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

Amerikalı analitik bildirib ki, Moskva Ermənistanla Azərbaycan arasındakı insidentin qalıcı həllində maraqlı deyil:

"Bu qarışıqlıq gündəm bəzi qüvvələrin təhriki olmadan mümkün olmazdı və Rusiyanın bölgədəki mövcudluğunu nəzərə alsaq, Moskvanın vəziyyəti özü üçün aydınlaşdırmaq cəhdlərinin olacağı gözlənilən idi. Rusiyanın Zəngəzur məsələsindəki son soyuq yanaşması da birincisi məhz hər iki tərəfin zərurətdən yaranan hal kimi qiymətləndirilə bilərr, ikincisi isə rəsmi Moskvanın bu qeyri-fallığı Bakıya qəsdən bir təzyiq forması da ola bilər.

Bu, bir daha Moskvanın məsələnin qalıcı həllində maraqlı olmadığını, ancaq ərazidə öz xeyrinə istifadə edə biləcəyi "nəzarətli xaos" statusuna üstünlük verdiyini izah edir. ABŞ siyasətinin ümumiyyətlə zəif kimi qəbul edildiyi və Bayden rəhbərliyinin bölgədəki hər hansı bir əsas məsələyə qətiyyətlə müdaxilə etmədiyi üçün Kreml də ümumi təsirini artırmağa çalışır.Bundan başqa, Azərbaycan tərəfindən təxribat törətməkdə təqsirləndirilərək həbs olunan altı erməninin bu yaxınlarda ortaya çıxması Rusiyanın bəlkə də 10 noyabr sazişini pozmaq və müəyyən mənada Ermənistan vasitəsi ilə rəsmi Bakıya qarşı təzyiq vasitəsi kimi əlinə fürsət verdi.

Kremlin məsələləri həll etməyə nə qədər hazır olduğu aydın deyil. Rusiya və Ermənistan 10 noyabr bəyanatına əsasən imzalanmış kommunikasiyalar məsələsini görməzliyə vuraraq açmaqdan imtina edərək birgə bəyanatda nəzərdə tutulan öhdəliklərin qısa müddətli həll olunma ehtimalının azalmasına səbəb olan qeyri-müəyyən vəziyyəti açıq şəkildə uzadırlar. Bəs vəziyyətin açıq hərbi əməliyyatlara qədər pisləşməsinə imkan vermək Rusiyanın maraqlarına cavab verirmi?

Hələlik Moskva "neytral" iştirakı və zəruriliyini qorumaq üçün Bakını özünə inandırmağa çalışacaq. Lakin rəsmi Moskva bölgədəki siyasi və hərbi təsirini inkişaf etdirmək üçün hər cür addımı nəzərdən keçirəcək. Bakı bu prosesləri diqqətlə izləməli və əsas maraqlı tərəfləri bölgəyə cəlb etmək üçün sürətli addımlar atmalı, qərarlar qəbul etməlidir ki, bu da Rusiyanın arzuolunmaz müdaxiləsinin qarşısını birqədər ala bilər".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanın ələ keçirdiyi erməni Rusiya üçün fürsət oldu Amerikalı ekspert MilliAz danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ