Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2021 18:32
Şri Lankada güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 14 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə təbii fəlakətlərlə mübarizə üzrə mərkəzi açıqlama verib.
Ötən cümə axşamından bəri adanın əksər ərazilərinə güclü yağış yağıb, bir çox evi, çəltik tarlalarını və yolları su basıb. Hökumətin Fəlakətlərə Qarşı Mübarizə Mərkəzinin verdiyi məlumata görə, on nəfər daşqında, dörd nəfər isə torpaq sürüşməsində ölüb.
İki nəfərin itkin düşdüyü bildirilir.
Şri Lanka səlahiyyətlilərinin verdiyi məlumata görə, pis hava şəraiti ən azı 245 min insana təsir göstərib, 4 300-dən çox insan evakuasiya edilib.