Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2021 20:44
FSB (Federal Təhlükəsizlik Xidməti) Ukrayna xüsusi xidmət orqanlarının bir cəsusunu ifşa etdiyini açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ukrayna vətəndaşı Oleksiy Petroviç Semenyakanın Ukrayna xüsusi xidmət orqanlarının mənafeyi naminə kəşfiyyat və təxribat fəaliyyətlərini ifşa edib",- deyə açıqlamada qeyd olunub.
Əməliyyat zamanı Ukrayna vətəndaşının elektron cihazlarında Ukrayna Təhlükəsizlik Xidmətindən mesajların olduğu aşkarlanıb.
FSB-nin verdiyi məlumata görə, sorğu zamanı Semenyaka uzun müddət Ukrayna xüsusi xidmətin orqanları əlaqədə olduğunu və onlara müxtəlif konsaltinq yardımı göstərdiyini təsdiqləyib.
FSB tərəfindən görülən təcili tədbirlər nəticəsində Semenyakanın Rusiyanın təhlükəsizliyinə zərər verəcək fəaliyyətlərinin qarşısı alınıb. Onun Rusiya ərazisində qalması arzuolunmaz olaraq qəbul edilib və 25 il müddətinə ölkəyə girişi qadağan olunub. O, 3 iyun tarixində Rusiyanı tərk edib.