Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 14:48
Paytaxtda təhsil işçilərinin 82 faizi vaksinasiya prosesinə qoşulub.
Sonxeber.net bildirir ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.
Bu məqsədlə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi fəaliyyət göstərir. Hazırki dövrədək paytaxtdakı təhsil müəssisələrində çalışanların 82 faizi vaksinasiya prosesinə qoşulub.
Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesində iştirak edib.