Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 22:20
"Qualcomm", "MediaTek" və "Broadcom" şirkətləri "Wi-Fi 7" çiplərinin hazırlanmasına başlayıblar.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, simsiz rabitə standartının növbəti nəsil çipləri məlumatların ötürülmə sürətini iki dəfə artıracaq. Bundan başqa, "Wi-Fi 6" və "Wi-Fi 6E" standartlarının varisi simsiz rabitənin əhatə dairəsini də genişləndirəcək.
Köhnə qurğular yeni nəsil çipləri dəstəkləyəcək. Mütəxəssislər "Wi-Fi 7" çiplərinin 2-3 il ərzində təqdim edilməsini gözləyirlər.
Emil Hüseynov