Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yaxşı oğlandır, amma, üç həftə tanışlıqdan sonra evlilik düzgün deyil"

Tarix: 9 Iyun 2021 20:45

"Avroviziya-2021" təmsilçimiz Samirə Əfəndi norveçli sevgilisindən danışıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, ARB televiziyasında qonaq olan müğənni şəxsi həyatından danışıb.

O, müsabiqədə ona sevgisini elan edən Norveç təmsilçisi, Tix təxəllüsü ilə tanınan müğənni barəsində açıqlama verib:

"Yaxın günlərdə Bakıya gəlmək istəyir, amma məhdudiyyətlər var. Pandemiyaya görə gələ bilmir. Mən də koronaya görə israr etmirəm. Yaxşı oğlandır, amma üç həftə tanışlıqdan sonra evlilik düzgün deyil. Biz danışmalıyıq, bir-birimizi tanımalıyıq. Mədəniyyətlərimiz tam fərqlidir. Hələ ki, düşünürəm".

Samirə Əfəndi  "Oğlan ciddidirmi?" sualına "Hər halda ciddidir. Mən də özümü ciddi göstərmişəm" - deyə cavab verib.

Milli.Az


Etiketlər:  Yaxşı oğlandır amma üç həftə tanışlıqdan sonra evlilik düzgün deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ