Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 08:54
Havadakı karbon dioksidin miqdarı bütün müşahidələr tarixində rekord həddə çatıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə San Dieqoda Milli Okean və Atmosfer İdarəsi (NOAA), həmçinin Okeanoloji və Torpaq Tədqiqat Mərkəzi məlumat verib.
Məlumata görə, pandemiya dövründə istehsalın dayandırılması planetin atmosferinin çirklənmə səviyyəsinin azalmasına səbəb olmayıb.
CO2-nin miqdarı bu cür ölçmələrin ilk dəfə aparıldığı 1958-ci ildən bəri ən yüksək səviyyədədir.