Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 07:02
Azərbaycanda zəlzələ qeydə alınıb.
Bu barədə Sonxeber.net Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 02:39-da Lənkəran stansiyasından 14 km qərbdə, Lerik rayonunda qeydə alınıb. Zəlzələ 3 maqnitudada baş verib, zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.