Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 20:50
Aparıcı-aktyor Sərxan Kərəmoğlu onu təhqir edən izləyicisini polisə şikayət edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmin şəxsi taparaq üzr istədirib. Sərxan oğlanın üzr istəyən görüntüsünü İnstaqramında yayımlayaraq bunları yazıb:
"Niyə? Şərh yazmaq kişilik deyil. Çoxu elə bilir ki, şərh yazıb söyəcək və rahat oturacaq yerində. Elə deyil, bax, belədir. Bir adama təhqir yazanda düşün ki, üzr istəyəcəksənsə, yazma. Kişi odur ki, sözün varsa, gəlib üzə deməlisən və ya zəng edib etirazını bildirməlisən. Qurban ol Namiq Fərhadoğluna".
Sərxan bildirib ki, təhqir yazan şəxs aşıq Namiq Fərhadoğlunun tanışı olub.