Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2020: Bakıda tarixi oyun keçiriləcək

AVRO-2020: Bakıda tarixi oyun keçiriləcək

Tarix: 12 Iyun 2021 08:50

Bu gün AVRO-2020-də daha üç oyun keçiriləcək.

Milli.Az bildirir ki, altı komanda I turun matçına çıxmaqla çempionatda mübarizəyə start verəcək.

Bakı tarixində ilk dəfə qitə çempionatının görüşünü qəbul edəcək. Uelslə İsveçrə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Bu matçla A qrupunda ilk tur başa çatacaq.

Digər iki oyun B qrupunda keçiriləcək. Şimallıların duelində Danimarka yarışın debütantı Finlandiyanı sınağa çəkəcək.

Günə Sankt-Peterburqda yekun vurulacaq. Rusiya çempionatın favoritləri sırasında yer alan Belçika ilə görüşəcək.

Qeyd edək ki, ilk turun oyunları iyunun 15-dək davam edəcək.

AVRO-2020-nin təqvimi
I tur, 12 iyun

A qrupu
17:00. Uels - İsveçrə
Baş hakim: Klemen Turpin (Fransa)
Bakı Olimpiya Stadionu

B qrupu
20:00. Danimarka - Finlandiya
Baş hakim: Entoni Teylor (İngiltərə)
Kopenhagen. "Parken" stadionu

23:00. Belçika - Rusiya
Baş hakim: Antonio Migel Mateu Lahoz (İspaniya)
Sankt-Peterburq stadionu

Milli.Az


Etiketlər:  AVRO 2020 Bakıda tarixi oyun keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ