Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 22:24
AVRO-2020-nin Danimarka - Finlandiya oyununda ürək dayanması səbəbindən huşunu itirən Kristian Eriksen tamamilə özünə gəlib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu yarımmüdafiəçinin meneceri Marten Şuts açıqlayıb.
O, sosial şəbəkədəki paylaşımında futbolçunun özünə gəldiyini bildirib: "Kristian artıq danışa bilir. Atası və həyat yoldaşı da yanındadır".
Qeyd edək ki, Eriksen ilk yarının sonlarında yerə yıxıldığı üçün oyun dayandrılıb və bu gün 22:30-da davam etdiriləcək.