Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2021 23:32
Danimarka millisinin baş məşqçisi Kasper Yulman Eriksenin başına gələnlərdən sonra komandadakı vəziyyət barədə danışıb.
Sonxeber.net modern.az-a istinadən bildirir ki, o, bütün oyunçuların şoka düşdüyünü bildirib.
Yulman Eriksenlə söhbət etdiyini və onun çox şeyi xatırlamadığını qeyd edib.
"Daha çox sizə görə həyəcan keçirirəm, uşaqlar. Necəsiniz orada?", -deyə K.Eriksen millinin üzvlərinə müraciət edib.
Yığma komandanın çalışdırıcısı UEFA-nı da qınayıb. O, bəyan edib ki, qurum Danimarka seçməsinə şok halından çıxamaq üçün yetərincə vaxt verməyib.