Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Jurnalistə qəzəblənən Zidan onu söhbətə çağırdı

Jurnalistə qəzəblənən Zidan onu söhbətə çağırdı

Tarix: 14 Iyun 2021 19:08

İspaniyanın "Real" klubunun sabiq baş məşqçisi Zinəddin Zidanla jurnalist Serjio Kirante arasında xoşagəlməz hadisə yaşanıb.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, hadisə Sequndanın pley-offunun "Rayo Vallekano" və "Jirona" arasında final matçından (1:2) sonra yaşanıb.

"Rayo Vallekano"da çıxış edən oğlu Lukanı izləməyə gələn fransalı mütəxəssis "Real"dan gedişi və açıq məktubu barədə suallar verən jurnalistə qəzəblənib: "Sən eyni axmaq sualları vermək niyyətindəsən? Sənin işin rüsvayçılıqdır. Mən səni, sən də məni tanıyırsan. Sizinlə həmişə eyni hadisə baş verir. Gəl, gedək kameralarsız söhbət edək".


Etiketlər:  Jurnalistə qəzəblənən Zidan söhbətə çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ