Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanda əhalini peyvəndləyən 4 həkim öldürülüb

Əfqanıstanda əhalini peyvəndləyən 4 həkim öldürülüb

Tarix: 15 Iyun 2021 17:48

Əfqanıstanda əhalini poliomielitə qarşı peyvənd etmək istəyən dörd tibb işçisi öldürülüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə ölkənin şərqindəki Nəngərhar vilayətində baş verib.

Bu gün səhər saatlarında silahlı şəxslər müxtəlif yaşayış məntəqələrində əhalinin poliomielitə qarşı peyvəndlənməsində iştirak edən həkimlərə hücum ediblər. Nəticədə dörd tibb işçisi öldürülüb, daha dörd həkim isə yaralanıb.

Hələ ki, heç bir silahlı qruplaşma hücuma görə, məsuliyyəti öz üzərinə götürməyib.


Etiketlər:  Əfqanıstanda əhalini peyvəndləyən həkim öldürülüb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ