Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha üç namizəd İran prezidenti olmaq istəmədi - Dörd oldular

Daha üç namizəd İran prezidenti olmaq istəmədi - Dörd oldular

Tarix: 18 Iyun 2021 12:46

İranda Mohsen Mehrəlizadə, Səid Cəlili və Əlirza Zakaninin seçkilərdə öz namizədliklərini geri götürməsi ilə Konstitusiyaya Nəzarət (Negəhban) Şurasının təsdiq etdiyi yeddi namizəddən üçü səsverməyə bir gün qalmış seçkilərdə iştirak etməkdən imtina ediblər.

Sonxeber.net xəbər verir ki, hazırda Mohsen Rzayi, İbrahim Rəisi, Əmir Hüseyn Qazizade Haşemi və Əbdunaser Hemməti Nəzarət Şurasının təsdiq etdiyi və cümə günü seçki sandıqlarında iştirak edən dörd namizəddir. Mohsen Mehrəlizadə çərşənbə axşamı günü Daxili İşlər Vəzirliyinə yazdığı məktubda seçkidə iştirakdan imtina etdiyini açıqlayıb. O, imtina etməsindən bir gün öncə səmərəli, dürüst və zəhmətkeş bir hökumətin qurulması üçün sona qədər mübarizə aparacağını söyləmişdi.

Mehrəlizadə kənara çəkildikdən bir gün sonra yaydığı açıqlamada deyib: "Təxminən üç həftəlik gərgin, qalmaqallı və mülahizələrlə dolu bir rəqabətdən və ictimaiyyətin seçkiyə zəif maraq göstərməsini müşahidə etdikdən sonra hiss edirəm ki, nə mən, nə də başqa namizədlər indiki durumdan çıxmaq üçün yetərli qədər uğurlu ola bilər.

Kamran Seyidov


Etiketlər:  Daha üç namizəd İran prezidenti olmaq istəmədi Dörd oldular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ