Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2019 19:24
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 26-cı turunda "Zirə"ni səfərdə 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.
- Öncə futbolçularımı təbrik edirəm. Vacib qələbə qəzandıq. Bəlkə oyun bir az sönük görünürdü. Ancaq çox əziyyət çəkdilər. Çox çalışdılar ki, düzgün oynasınlar. "Zirə"yə də uğurlar arzulayıram.
- "Zirə" 8 futbolçusunu qorumuşdu. Siz isə əsas heyətlə meydana çıxmışdınız. Hərçənd, sizi də kubokda çətin yarımfinal matçı gözləyir. İtkiləri göz önünə gətirirdiniz, yoxsa..?
- Hər oyuna əsas futbolçularımızın çıxmasını istəyirəm. Qəbələdə çox da rotasiya etməmişdik. Bu gün çempionat matçının bizim üçün vacib olduğunu bilirik. Eləcə də "Qəbələ"ylə kubok. Hər ikisi bizim üçün çox önəmlidir.
- Rəqibin heyətlə bağlı sürpriz edəcəyini gözləyirdiniz?
- Hardasa, bəli. Çünki Samir Abasov rotasiya etməyi çox xoşlayır. "Zirə"nin ən yaxşı oyununa hazırlaşmışdıq. Çempionatda son görüşdə bizə qarşı yaxşı oynamışdılar.
- "Neftçi" - "Sumqayıt" matçını stadiondan izləyəcəksiniz?
- Yəqin ki, çatmayacam, evdən izləyəcəm.