Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2021 12:26
Sumqayıtda bir mebel sexinin sahibi vətəndaşların etibarında sui-istifadə edərək onlara maddi ziyan vurub. 55 nəfər zərərçəkmişin ümumilikdə 180 min manat vəsaiti mənimsənib. Dələduzluq necə baş verib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, mebel sexinin adına instaqram səhifəsi açaraq vətəndaşları aldadıb. Satdığı mebelin yarı pulunu beh kimi alaraq, onlara maddi ziyan vurub. Dələduzluq faktı Sumqayıt şəhərində yaşanıb.
Fuad İsmayılov sahibi olduğu mebel sexinin instaqram səhifəsindən ona müraciət edən vətəndaşlara onları guya keyfiyyətli mebellə təmin edəcəyinə dair vədlər verib. Hətta onlardan, alacaqları mebelin pulun yarısını beh kimi qəbul edib. Beləliklə o, ümumilikdə bu dələduzluq faktını 55 nəfərə qarşı törədib. Üstündən 1 ildən çox vaxt keçsə də, ortada nə mebel var, nə də pullar.
Vətəndaşlar iddia edirlər ki, Fuad İsmayılov bu hadisəni tək törətməyib. Onunla birgə çalışan çox sayda insan var. Vətəndaşlara ümumilikdə 180 min manatdan çox maddi ziyan vurulub
Qeyd edək ki, vətəndaşların aidiyyəti qurumlara etdikləri şikayət əsasında adı dələduzluq faktında keçən Fuad İsmayılov saxlanıb. Hazırda onun məhkəmə prosesi davam edir. İndi zərərçəkənlər Sumqayıt şəhər məhkəməsinə gələrək ifadələrini verirlər.