Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlıqda günəşə məruz qalmaq xərçəng riskini 2 dəfə artırır - Mütəxəssislər

Uşaqlıqda günəşə məruz qalmaq xərçəng riskini 2 dəfə artırır - Mütəxəssislər

Tarix: 20 Iyun 2021 20:45

Uşaqlıqda günəşə məruz qalmaq xərçəng riskini 2 qat artırır.

Sonxeber.net xəbər verir ki, mütəxəssislər bildirirlər ki, uşaqlıqdan etibarən onların dərisi qorunmalıdır. Günəş kremləri ilin bütün fəsillərində istifadə edilməlidir. Çünki günəş dəri xərçəngi və dəri yaşlanmasında ən birinci risk faktorudur. Bu kremlərdən istifadə zamanı bir sıra yan təsirləri ola bilər. Buna görə də məhsulları dermatoloqla məsləhətləşib istifadə edin.

Bundan başqa, məhsulları dərimizə tətbiq edəcəyimiz üçün, internetdən almaq yerinə, apteklərdən alınmasına diqqət edin.

Günəşin daha qızmar olduğu mövsümlər və sahil tətillərində krem istifadəsi daha da önəmlidir. Üz üçün 1/3 çay qaşığı miqdarında tətbiq edilməlidir. Sahil tətillərində isə ovalayaraq dəriyə yedirtmək əvəzinə, qoruyucu bir təbəqə olacaq şəkildə yayın. Ən gec 3-4 saatdan bir yeniləyin. Səhər sürdükdən sonra bütün gün onun qoruyacağını düşünməyin. Eyni zamanda, soyuq aylarda, qar tətillərində də bu kremlərdən istifadə edin. /medicina.az


Etiketlər:  Uşaqlıqda günəşə məruz qalmaq xərçəng riskini dəfə artırır Mütəxəssislər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ