Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gül suyu dərini müalicə etməklə yanaşı həm də təmizləyici keyfiyyətə malikdir

Gül suyu dərini müalicə etməklə yanaşı həm də təmizləyici keyfiyyətə malikdir

Tarix: 20 Iyun 2021 21:03

Keçmişdə gül suyundan yalnız xoş qoxulu ətriyyat kimi istifadə edilirdi. Zaman keçdikcə onun gözəllik sahəsində də bir sıra faydaları məlum oldu. Xüsusilə dəriyə qulluq vasitəsi kimi gül suyu geniş tətbiq edilir. Onun antibakterial, təmizləyici və tonlaşdırıcı xüsusiyyətləri var.

Sonxeber.net bildirir ki, həkim-dermatoloq Solmaz Orucova AZƏRTAC-a deyib: "Gül suyunun tərkibinə bir çox farmoseptik preparatlar əlavə edilərək yeni məlhəmlər, losyonlar və toniklər yaradılır. Özəlliyi ondan ibarətdir ki, gül eleksiri həm müalicə edir, həm də təmizləyici faktor kimi istifadə olunur. Məsələn, tonusu yüksəltmək, üzdə olan sızanaq, qızartı və qaşınmanın qarşısını alır".

Gül suyu ultrabənövşəyi günəş şüalarının səbəb olduğu dəri yanıqlarının müalicəsində də mühüm rol oynayır. Yanıq ağrılarını sakitləşdirir və sağaldır. Bu kosmetik vasitəni başqa məhlullarla birgə də istifadə etmək mümkündür.

Həkim-dermatoloq gül suyunun istifadə qaydası ilə əlaqədar bir resept də deyib: "6 xörək qaşığı gül suyu, 1 xörək qaşığı rəndələnmiş sabun və 1 xörək qaşığı qliserin qarışdırılaraq istifadə olunur. Quru dəri üçün gül suyuna 1 xörək qaşığı badam yağı və 1 çay qaşığı qliserin əlavə edilib qarışdırılaraq tətbiq edilir".

Dermatoloqlar mağazada satılan losyon və toniklər əvəzinə gül suyundan istifadə etməyi tövsiyə edirlər, çünki gül suyu dəridəki məsamələri təmizləyir. Onu soyuducuda saxlamaq məsləhətdir və soyuq halda istifadə dəri üçün daha faydalıdır.


Etiketlər:  Gül suyu dərini müalicə etməklə yanaşı həm təmizləyici keyfiyyətə malikdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ