Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 09:24
Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku bəyanat yayıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bəyanatda növbədənkənar parlament seçkilərinin nəticəsini "hələ ki" qəbul etməyə hazırlaşmadıqları bildirilib.
Blok hesab edir ki, səsvermənin nəticələri mübahisəlidir və etibar yaratmır.
"Müxalifətin çoxsaylı mitinqi və hakimiyyətin gözlə görünən azsaylı tədbiri, ölkədəki etibar krizisi başqa ovqatdan xəbər verir. Yüzlərlə seçki məntəqəsindən ciddi siqnallar almışıq ki, bunlar planlı saxtalaşdırmaya şahidlik edir", - bəyanatda bildirilib.
"Ermənistan" bloku qeydə alınan qanunsuzluqları araşdıracağını və bu sualların cavabı tapılmayana qədər seçki nəticələrini tanımayacağını elan edib.