Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 13:08
Türkiyədə kürdlərə məxsus Xalqların Demokratik Partiyasının (HDP) qapadılması ilə bağlı iddia Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, HDP-nin qapanması ilə bağlı irəli sürülən təkrar iddia məhkəmə tərəfindən qəbul edilib. Artıq rəsmi proses başlayıb.
Partiyanın bank hesablarının bağlanması ilə bağlı iddia isə qəbul edilməyib. İddianamə müdafiə üçün HDP-yə də göndərilib. Son qərarı isə 15 nəfərlik heyət çıxaracaq.
Kamran Seyidov