Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 18:25
Xəbər verdiyimiz kimi bir neçə müddətdir insanlar toyların keçirilməsinə icazə verilməsinin vaxtı olduğunu bildirirlər.
Sonxeber.net xəbər verir ki, moderator.az-a açıqlamasında müğənni Manaf Ağayev də toy şənliklərinin keçirilməsinin tərəfdarı olduğunu bildirdi:
"Vallah mən də deyim, heç nə deyə bilmərəm. Yəqin ki, avqsut ayından sonra toylar olacaq. Biz də istəyirik toylar olsun, amma biz deməklə bizə kim qulaq asır ki? Toylar olsa, yaxşı olar. Necə məsləhətdi, dövlət necə bilir, elə də etsin. Əlbəttə, indi hamının arzusu var, valideynlər övladlarının toyunu etmək istəyir. Son vaxtlar pandemiya ilə bağlı yumşalmalar oldu. Ümid edirəm ki, toyların da keçirilməsinə icazə veriləcək. Bir sözlə, hər şeyi dövlət yaxşı bilir, nə məsləhətdirsə, o da olacaq".