Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

78 yaşlı kişi itkin düşüb

78 yaşlı kişi itkin düşüb

Tarix: 22 Iyun 2021 11:00

Kürdəmir rayonunda 78 yaşlı kişi 5 gün öncə itkin düşüb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Kürdəmir rayon sakini, 78 yaşlı Kamil Ərəbov iyun ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Kamil Ərəbovun əlamətləri belədir: arıq bədən quruluşlu, ağ saçlı, gözlərinin və qaşlarının rəngi qaradır. Evdən çıxan zaman əynində ağ zolaqları olan qara rəngli qısaqol köynək, qara rəngli şalvar və qara qəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Kürdəmir Rayon Polis Şöbəsinə  (+9942025) 5-04-10 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.    

Milli.Az


Etiketlər:  yaşlı kişi itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ