Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan-Pakistan birgə əməkdaşlığı müzakirə edilib - Sərhəd mühafizəsi sahəsində - FOTO

Azərbaycan-Pakistan birgə əməkdaşlığı müzakirə edilib - Sərhəd mühafizəsi sahəsində - FOTO

Tarix: 22 Iyun 2021 15:42

İyun ayının 22-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.

DSX-dən Sonxeber.net-a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin aparatında keçirilmiş rəsmi qarşılanma mərasimindən sonra ordu generalı Qamar Caved Bacva "Fəxri qonaqlar kitabı"na ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilmiş görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qonaq­ları salamlayaraq Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında ortaq tarixi irsə, ənənələrə və maraqlara söykənən münasibətlərin bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində uğurla inkişaf etdiyini vurğu­layıb, 2018-ci ildə Pakistana səfəri zamanı Dövlət Sərhəd Xidmətinin nümayəndə heyətinə Pakistanın ordu rəhbərliyinin nümayiş etdirdiyi diqqət və yüksək qonaq­pər­vərliklə bağlı xoş xatirələrini bölüş­üb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən mühari­bəsində qaza­nılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükə­sizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhəd­lərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu, hazırda azad edilmiş ərazilərimizdə dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilmiş, ərazi bütövlüyünün bərpası uğ­runda Azərbaycanın ədalətli mübarizəsində Pakistan İslam Respublikasının hər zaman göstərdiyi dəstək və həmrəylik xüsusi qeyd edilib.

Ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılmış qələbə münasibətilə təbriklərini ifadə etmiş, işğaldan azad olunmuş dövlət sərhədlərinin mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması, ərazilərin minalardan təmizlənməsi sahəsində Pakistan tərəfinin öz təcrübəsi ilə bölüşməyə hazırlığını bildirib.

Görüşdə tərəflər sərhəd mühafizəsi sahəsində birgə əməkdaşlıq fəaliyyətlərinin davam etdirilməsi, qarşılıqlı səfərlərin təşkili, maraq kəsb edən istiqamətlər üzrə müsbət təcrübə mübadiləsinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.


Etiketlər:  Azərbaycan Pakistan birgə əməkdaşlığı müzakirə edilib Sərhəd mühafizəsi sahəsində FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ