Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 10:20
Rusiyanın Sankt-Peterburq şəhərinin sahillərində kiçik həcmli gəmi teploxodla toqquşmadan sonra batıb.
Sonxeber.net bildirir ki, bu barədə "Report" xəbər verir.
Qeyd edilir ki, hadisə zamanı xilasedicilər tərəfindən bir neçə nəfər sahilə çatdırılıb.
İlkin məlumata görə, "Neva-1" teploxodu ilə kiçik həcmli gəmi toqquşub.
"Toqquşma nəticəsində göyərtəsində 6 nəfərin olduğu kiçik həcmli gəmi batıb, gəmidəki şəxslər xilasedicilər tərəfindən sahilə çatdırılıb, heç kim zərər çəkməyib", - xəbərdə deyilir.
İstintaq orqanları teploxodla kiçik həcmli gəminin toqquşması faktı üzrə araşdırma aparır.