Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mərmərə dənizində yaranan selik təbəqəsinin təmizlənməsi məqsədilə Türkiyədə elmi şura yaradılıb

Mərmərə dənizində yaranan selik təbəqəsinin təmizlənməsi məqsədilə Türkiyədə elmi şura yaradılıb

Tarix: 23 Iyun 2021 22:24

Mərmərə dənizində yaranan selik təbəqəsinin araşdırılması və yaranan problemin aradan qaldırılması məqsədilə Türkiyədə elmi şura yaradılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şuranın tərkibində Türkiyənin müxtəlif universitetlərinin elmi-tədqiqat fakültələrindən 21 mütəxəssis fəaliyyət göstərəcək. Mərmərə dənizində aparılan təmizlənmə işləri qardaş ölkənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən hazırlanan 22 maddəlik bir hərəkət planı çərçivəsində aparılır.

Qeyd edək ki, Türkiyədə başladılan dəniz təmizləmə səfərbərliyi çərçivəsində bu günədək İstanbul, Kocaeli, Bursa, Tekirdağ, Balıkesir, Çanaqqala, Yalova olmaqla Mərmərə dənizindən ümumilikdə 5 min 738 kubmetr selik təmizlənib.

Milli.Az


Etiketlər:  Mərmərə dənizində yaranan selik təbəqəsinin təmizlənməsi məqsədilə Türkiyədə elmi şura yaradılıb


RƏYLƏR